Xerson vilayətində bazara raket zərbəsi nəticəsində 3 nəfər ölüb
Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Velikie Kopani kəndindəki bazara HİMARS reaktiv yaylım atəşi sistemi ilə endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olub.
Qerbxeber.com xəbər verir ki, bu haqda vilayətin təcili yardım xidmətindən məlumat verilib.
Həlak olanlardan birinin xəstəxanaya aparılarkən yolda, ikisinin isə hadisə yerində dünyasını dəyişdiyi bildirilir.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı