Dünya

Çinin xarici işlər naziri ABŞ tariflərini tənqid edib

7 mart / 09:09 1 dəq
67ca6c6058e8f67ca6c6058e90174131926467ca6c6058e8d67ca6c6058e8e
7 mart / 09:09
Burada sizin reklamınız ola bilər

Heç bir ölkə Çini sıxışdıra biləcəyini və eyni zamanda Çinlə yaxşı münasibət saxlaya biləcəyini xəyal etməməlidir.

Qerbxeber.com xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ ölkənin illik parlament iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

“Bu cür ikiüzlü hərəkətlər ikitərəfli münasibətlərin sabitliyi və ya qarşılıqlı etimadın qurulması üçün yaxşı deyil”, – nazir qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın yanvar ayında vəzifəyə qayıtmasından sonra iki ölkə yenidən cavab rüsumları tətbiq etməyə başlayıb. ABŞ bütün Çin idxalının 20%-nə bərabər tariflər tətbiq edib. Pekin isə toyuq, donuz əti, soya və mal əti də daxil olmaqla ABŞ idxalına əlavə 15% rüsum tətbiq edib.

Paylaş
Burada sizin reklamınız ola bilər