Ağdamda qəzada xüsusi nümayəndəliyin əməkdaşı həyatını itirib
Ağdamda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Svetlana Məmmədova həyatını itirib.
Qerbxeber.com xəbər verir ki, qəza nəticəsidə nümayəndəliyin digər əməkdaşı Fərzəliyev Rafət isə müxtəlif bədən xəsarətləri alıb.
Yaralı Bərdə diaqnostika mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.




