Dünya

KİV: Fransa Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edib

4 mart / 09:11 1 dəq
67c66690cb80a67c66690cb80b174105563267c66690cb80867c66690cb809
4 mart / 09:11
Burada sizin reklamınız ola bilər

Fransa avropalı tərəfdaşlarına Rusiyanın Ukraynada atəşkəsi pozacağı təqdirdə Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Paris Rusiyanın aktivlərinin müsadirə olunmasından Ukraynanın təhlükəsizliyinin təminatı kimi istifadə etmək istəyir.

Qəzet onu da əlavə edib ki, təklif Fransanın Avropadakı müttəfiqləri tərəfindən isti qarşılanıb, lakin tərəflər hələ də bu barədə razılığa gəlməyiblər.

Paylaş
Burada sizin reklamınız ola bilər