Dünya

ABŞ Çin malları üçün idxal rüsumlarını artıraraq 20%-ə çatdırıb

4 mart / 09:03 1 dəq
67c636e23572f67c636e235730174104342667c636e23572d67c636e23572e
4 mart / 09:03
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını ikiqat artıraraq 10%-dən 20%-ə çatdırmaq qərarına gəlib.

Qerbxeber.com xəbər verir ki, Trampın imzaladığı fərmanının mətnində bu addımın Çin hökumətinin ABŞ-a fentanil tədarükünü məhdudlaşdırmaq üçün atıldığı bildirilir.

“Mən belə nəticəyə gəlirəm ki, Çin qanunsuz narkotik böhranını yumşaltmaq üçün adekvat addımlar atmayıb və 14195 saylı İcra Sərəncamında təsvir olunan böhran həll olunmayıb”, – sənəddə deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər