Dünya

Ərdoğanın Gürcüstana səfəri gözlənilir

27 fevral / 09:16 1 dəq
67bf52a42ed1e67bf52a42ed1f174059178067bf52a42ed1c67bf52a42ed1d
27 fevral / 09:16
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Gürcüstana səfər edə bilər.

Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyəyə ilk rəsmi səfərini qiymətləndirərkən deyib.

“Gözləyirik ki, yaxın gələcəkdə Türkiyə Prezidentini qəbul etmək imkanımız olacaq, mən və türkiyəli həmkarım bunun üzərində işləyəcəyik”, – Boçorişvili deyib.

XİN başçısı yaxın gələcəkdə Türkiyə Böyük Millət Məclisinin sədrinin Gürcüstana səfərinin planlaşdırıldığını qeyd edib.

“Bu, iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə aparılmasında və parlamentlər arasında əməkdaşlığın gücləndirilməsində irəliyə doğru daha bir addım olacaq”, – deyə Maka Boçorişvili bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər