Dünya

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

27 fevral / 09:13 1 dəq
67bf4f40d1c6267bf4f40d1c63174059091267bf4f40d1c6067bf4f40d1c61
27 fevral / 09:13
Burada sizin reklamınız ola bilər

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçiriləcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyəyə səfərini və həmkarı Hakan Fidanla görüşünü dəyərləndirərkən deyib.

O, görüşün yaxın günlərdə Türkiyədə baş tutacağını qeyd edib.

“Biz hər ikimiz Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatını alqışladıq. Biz həmçinin yaxın gələcəkdə üçtərəfli formatda görüşün keçirilməsinə razılaşdıq. Regional əməkdaşlıqda maraqlı olmağımıza əsaslanaraq bu görüşə Türkiyə ev sahibliyi edəcək. Bu formatda əlaqələrimizin gücləndirilməsi və möhkəmləndirilməsi çox vacibdir”, – Boçorişvili deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər