Ağstafa

Aşıq Yaşar Gülümcanlının 50 illik yübileyi Qazaxda qeyd edildi

26 fevral / 17:47 2 dəq
Photo 5330453223980529257 Y
26 fevral / 17:47
Burada sizin reklamınız ola bilər

Bu günlərdə 50 yaşı tamam olan, Qərb bölgəsi Aşıq Məktəbinin layiqli yetirməsi Aşıq Yaşar Gülümcanlının Qazaxda yubiley mərasimi keçirildi. Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin təşkilatçılığı, “Vətən Yolu” İcmasının  maddi və “Qərb xəbər”Media qrupunun informasiya dəstəyi ilə reallaşan  Aşıq Yaşar Gülümcanlının 50 illik Yubiley mərasimində Qərb bölgəsinin ziyalıları,  sayılan saz-söz sənətkarları iştirak etdi.

Qazax  Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu çıxış edərək mərasimi açıq elan etdi.

Daha sonra,Aşıq Yaşarın ustadı Aşıq Məhəmmədəli Məşədiyev, Aşıq Camoy Qurbanov, populyar müğənni, xalq mahnıları və muğamlarımızın özünəməxsus ifaçısı Sahib İbrahimov, Aşıq Kamandar, Aşıq Hüsən,Aşıq Mahal, Aşıq Saqif, Aşıq Şahin, Aşıq Şahmurad, Aşıq Samır öz ürək sözləri və gözəl ifaları ilə yubilyarı təbrik edib. yeni-yeni uğurlar arzuladılar.

AMEA Folklorşunaslıq İnstitunun aparıcı elmi işçisi, Filologiya üzrə Fəlsəfə doktoru İlhamə Qəsəbova, ADA Universiteti Qazax Mərkəzinin aparıcı məsləhətçisi Yeganə Göyüşlü, ASQ-nin zabiti, “Zəfər” ordenli polkovnik  Elşən Qapaqov, Şair Bəxtiyar Hidayət, Aşıq Yaşarın sənəti, həyatı və Aşıq Sənəti barədə geniş və əhatəli çıxış etdilər.

Sonda  tədbir maraqlı müsiqi ifaları ilə davam etdi.

Photo 5330453223980529229 YPhoto 5330453223980529233 YPhoto 5330453223980529234 YPhoto 5330453223980529258 YPhoto 5330453223980529240 YPhoto 5330453223980529241 YPhoto 5330453223980529244 YPhoto 5330453223980529245 YPhoto 5330388760816382339 YPhoto 5330453223980529249 YPhoto 5330453223980529254 YPhoto 5332561769455021740 Y1a52cc70 C69a 4264 958f E761f60a8012

 

Paylaş
Burada sizin reklamınız ola bilər