Dünya

Hikmət Hacıyev İsrailə rəsmi səfərə gedib

19 fevral / 12:57 1 dəq
67b596d155e0367b596d155e04173995387367b596d155e0167b596d155e02
19 fevral / 12:57
Burada sizin reklamınız ola bilər

İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin salamlarını İsrail liderinə çatdırıb.

Netanyahu salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda, tərəflər regional hadisələri müzakirə edib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər