Dünya

Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım paketi hazırlayır

19 fevral / 10:01 1 dəq
67b4cec2d13ab67b4cec2d13ac173990265867b4cec2d13a967b4cec2d13aa
19 fevral / 10:01
Burada sizin reklamınız ola bilər

Aİ ölkələri Kiyevin strateji mövqelərini gücləndirmək üçün Ukraynaya azı 6 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 6 milyard avroluq rəqəm “başlanğıc rəqəm” hesab olunur və bu məbləğ 10 milyard avroya qədər arta bilər.

Məqalədə deyilir ki, Avropa ölkələri Ukraynaya nə göndərə və nəyi göndərə bilməyəcəklərini anlamaq üçün ilk növbədə öz ehtiyatlarını öyrənmək niyyətindədirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər