Dünya

Almaniya Rusiyaya qarşı enerji sanksiyalarını gücləndirməyə çağırır

14 fevral / 09:19 1 dəq
7bbaf8f2 48e2 3a17 Af3e A3a9568fe010 850
14 fevral / 09:19
Burada sizin reklamınız ola bilər

Almaniya Avropa İttifaqının Rusiyanın enerji sektoruna qarşı sanksiyalarının genişləndirilməsinin tərəfdarıdır.

Qerbxeber.com xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin “Almaniya üçün Alternativ” partiyasının hökumətə ünvanladığı sorğusuna cavab olaraq göndərdiyi məlumatda deyilir.

“Enerji sektorunda idxal məhdudiyyətləri həlledici əhəmiyyət kəsb edir. Federal hökumət tərəfindən sanksiyaların birtərəfli qaydada ləğvi mümkün deyil. Həm sanksiyaların tətbiqi, həm də ləğvi yalnız Aİ-nin bütün üzv dövlətləri tərəfindən yekdilliklə qəbul edilə bilər”, – İqtisadiyyat Nazirliyi bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər