Dünya

BVF Ukraynaya 900 milyon dollar ayıra bilər

7 fevral / 09:22 2 dəq
B1762463 98ed 3a12 Ab44 A42c2fc28b74 850
7 fevral / 09:22
Burada sizin reklamınız ola bilər

Beynəlxalq Valyuta Fondu (BVF) genişləndirilmiş kredit proqramı çərçivəsində Ukraynaya 900 milyon dollar vəsaitin ayrılması imkanını nəzərdən keçirəcək.

Qerbxeber.com məlumatına görə, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə BVF-nin rəsmi nümayəndəsi Culi Kozak deyib.

O, xatırladıb ki, 2024-cü ilin dekabrında BVF ölkənin altıncı iqtisadi icmalının nəticələrinə əsasən, proqram vasitəsilə Ukraynaya daha 1,1 milyard dollarlıq vəsait ayırıb. Məlumata görə, ümumilikdə kredit proqramı üzrə ödənişlərin həcmi hazırda ölkə iqtisadiyyatının növbəti baxışının nəticələrinə əsasən 9,8 milyard dollar təşkil edir.

“Növbəti auditin aparılması üçün texniki işlər aparılır. Missiyanın Ukraynaya göndəriləcəyi tarixlər hələ müəyyən edilməyib. Təsdiqlənən kimi məlumat verəcəyik”, – BVF nümayəndəsi vurğulayıb.

Kozakın sözlərinə görə, fondun nümayəndələri Ukrayna rəhbərliyinin büdcə siyasəti, gəlirlərin səfərbər edilməsində irəliləyiş, habelə borc və büdcə dayanıqlığının bərpası ilə bağlı məsələləri öyrənmək niyyətindədir. Bundan əlavə, onlar idarəetmə islahatlarının həyata keçirilməsinin gedişatını qiymətləndirmək istəyirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər