Dünya

TANAP-la Türkiyə və Avropaya 75 milyard kubmetr qaz nəql edilib

4 fevral / 17:36 1 dəq
20d1e562804fa38c7e0367ed43395420
4 fevral / 17:36
Burada sizin reklamınız ola bilər

Azərbaycan qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə və Avropaya nəqlinin ümumi həcmi 75 milyard kubmetrə çatıb.

Qerbxeber.com bu barədə TANAP konsorsiuma istinadən xəbər verir.

“Bu günə qədər Cənub Qaz Dəhlizinin əsas komponenti olan TANAP vasitəsilə nəql edilən qazın ümumi həcmi tədarüklərin başlanğıcından bəri 75 milyard kubmetr təşkil edib. Türkiyə və Azərbaycan qardaşlığının rəmzi olan TANAP ilə qaz tədarükü fasiləsiz davam edir”, – konsorsium bildirir.

Xatırladaq ki, 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1 850 kilometr uzunluğunda olan TANAP Türkiyə ərazisindən keçərək “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır.

Onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr təşkil edir.

Paylaş
Burada sizin reklamınız ola bilər