Dünya

Fransa Seneqaldan qoşunlarını çıxarmağa başlayıb

4 fevral / 09:05 1 dəq
2f7da44f B80d 38bc Bf1d A811d5cf888c 850
4 fevral / 09:05
Burada sizin reklamınız ola bilər

Fransa Seneqaldan öz qoşunlarını çıxarmağa başlayıb.

Qerbxeber.com “Senego” portalına istinadən məlumatına görə, “Mareşal”, “Sent-Ekzüperi” və “Kont-Admiral Prote” bazaları artıq Seneqal hərbçilərinə təhvil verilib.

Portal öz mənbələrinə istinadən bildirir ki, fransız hərbi kontingenti sentyabr ayınadək Seneqalı tam şəkildə tərk etməlidir.

Daha əvvəl Seneqal Prezidenti Bassiru Diomay Fay bəyan etmişdi ki, ölkəsi xarici dövlətlərlə hərbi əməkdaşlığın yeni doktrinasına keçəcək və bu doktrina 2025-ci ildən etibarən onların Seneqal ərazisində mövcudluğunun dayandırılmasını nəzərdə tutur.

Paylaş
Burada sizin reklamınız ola bilər