Dünya

Belarus Ordusu hərbi təlimlərə başlayır

3 fevral / 12:54 1 dəq
67a07d795302a67a07d795302b173857112967a07d795302867a07d7953029 (1)
3 fevral / 12:54
Burada sizin reklamınız ola bilər

Belarusda Ordunun döyüş hazırlığının yoxlanılması məqsədilə hərbi təlimlərə başlanılır.

Qerbxeber.com BELTA-ya istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi manevrlər çərçivəsində zərbə xarakterli pilotsuz aviasiya kompklekslərinin quru qoşunları ilə birlikdə döyüş tapşırıqlarını yerinə yetirmə qabiliyyəti, eləcə də radioelektron mübarizə vasitələrinin fəaliyyəti təftiş olunacaq.

Eyni zamanda müxtəlif tapşırıqlar vasitəsilə mexanikləşdirlmiş hərbi hissə və birləşmələrin, silah-sursat və hərbi texnikanın qarşıya qoyulan vəzifələrin icrasındakı bacarıq və səriştəsi də nəzərdən keçiriləcək.

Təlimlərə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko rəhbərlik edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər