Dünya

Ukrayna PUA-larla Həştərxandakı zavoda hücum edib, obyektdə yanğın olub

3 fevral / 11:06 1 dəq
67a062bd5e57067a062bd5e571173856428567a062bd5e56e67a062bd5e56f
3 fevral / 11:06
Burada sizin reklamınız ola bilər

Ukraynanın Rusiyanın Həştərxan vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində qaz emalı zavodunda yanğın olub.

Qerbxeber.comunian“a istinadən məlumata görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiya mətbuatında yayılan bu xəbəri təsdiqləyib:

“Bu, Rusiyanın aparıcı energetika obyektlərindən biridir. Həmin müəssisə qaz kondensatının emalı, eləcə də dizel yanacağı və digər məhsullar istehsal edir” – deyə, A. Kovalenko qeyd edib.

Onun sözlərinə görə, energetika sektoru müdafiə sahəsinin maliyyələşdirilməsinin əsas mənbəyi olduğundan zavod Rusiyanın hərbi-sənaye kompleksinin güclənməsinə bilavasitə təsir göstərir.

Paylaş
Burada sizin reklamınız ola bilər