Dünya

İsveç Ukraynaya 1,2 milyard dollarlıq hərbi yardım paketini açıqlayıb

31 yanvar / 11:21 1 dəq
0c4364d5 Bf14 370d 9315 7240f0f9fad1 850
31 yanvar / 11:21
Burada sizin reklamınız ola bilər

İsveç Müdafiə Nazirliyi Ukraynaya 2022-ci ildən bəri ən böyük – 1,23 milyard dollardan çox dəyərində yardım paketinin ayrılmasına qərar verib.

Qerbxeber.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Yunson mətbuat konfransı zamanı bildirib.

“Bu, İsveçdən Ukraynaya 18-ci yardım paketidir. Bu, həm də 2022-ci ilin fevralından İsveçin Ukraynaya verdiyi ən böyük yardım paketidir”, – o əlavə edib.

Nazir həmçinin qeyd edib ki, Ukraynanın uzaqmənzilli raket və dronlarının istehsalına təxminən 90 milyon dollar ayrılacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər