Çində dəhşətli zəlzələ-ölənlərin sayı 126-ya çatdı
Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 bal gücündə zəlzələ olub.
Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.
Tibetdə zəlzələ nəticəsində ölənlərin sayı 126-ya, yaralıların sayı isə 188-ə çatıb.
Bu barədə “Xinhua” agentliyinin məlumatında deyilir.



