Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Prezident hökuməti “Rus rejimi” adlandırdı

11 dekabr / 11:02 2 dəq
Zura
11 dekabr / 11:02
Burada sizin reklamınız ola bilər

Hökumət öz vətəndaşlarımıza, gənclərimizə qarşı əsl terror rejiminə keçib.

Qerbxeber.com  Gürcüstan mediasına istinadla xəbər verir ki, bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi brifinqdə səsləndirib.

Prezidentin sözlərinə görə, bu, öz hərəkətləri ilə Gürcüstan Konstitusiyasını pozan rus rejimidir.

Bütün hüquqlar pozulur. Vətəndaş sektorunun səsi ucaldıqdan sonra bu, bizim ölkəmiz üçün yeni bir hadisədir və vətəndaş cəmiyyətinin böyüdüyünün, bu gün daha şüurlu olduğunun aydın bir əlamətidir. Bu, qorxu və təhdidlərə səbəb oldu. Tbilisi merinin bəyanatı da qeyd olunmalıdır, lakin yalnız o deyil. O, bu cür davranışı ilə vətəndaşlara, etirazı dəstəkləyənlərə təhdid edən yeganə şəxs olmayacaq. Bu, ifadə azadlığının da məhdudlaşdırıldığını göstərən ən açıq əlamətdir.

Bütün bunları siz də yaxşı bilirsiniz və burada hər şeyi təsvir etməyəcəyəm. Amma bu, ölkədə yalnız insan hüquqlarının məhdudlaşdırılması ilə kifayətlənmədiyini göstərir. Cəmiyyətin müxtəlif təbəqələrinə qarşı bu rejim hətta işgəncə tətbiq etməkdən çəkinmir. Bunu başqa sözlərlə ifadə etmək və qısaca təsvir etmək lazımdırsa, bu, artıq rus rejimidir. Onların əməlləri ilə Gürcüstan Konstitusiyası pozulur. Gürcüstan Konstitusiyasının 9-cu maddəsi – insan ləyaqətinin toxunulmazlığı; 17-ci maddə – fikir və ifadə azadlığı; 21-ci maddə – toplantı azadlığı. İnsan Hüquqları Ümumdünya Bəyannaməsinin 19-cu maddəsi – ifadə, dinc toplaşma və birləşmə azadlığı; İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi – işgəncə və qeyri-insani rəftarın qadağan olunması; 10-cu maddəsi – ifadə azadlığı; 11-ci maddəsi – toplantı və birləşmə azadlığı. Bu rejim bununla kifayətlənmir və yeni qanunlar hazırlayır”, – deyə Salome Zurabişvili qeyd edib.

Mənbə:Aktual.ge

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı