Dünya

Avropa Şurası Gürcüstanla bağlı bəyənat yayıb

11 dekabr / 10:47 1 dəq
Avropa shurası
11 dekabr / 10:47
Burada sizin reklamınız ola bilər
Avropa Şurası Parlament Assambleyası, Gürcüstanda baş verən hadisələrə fövqəladə bəyanatla münasibət bildirib.

Qerbxeber.com nGürcüstan mediasına istinadla xəbər verir ki, rəsmi açıqlamaya görə, Gürcüstan məsələləri üzrə məruzəçilər Klod Kern (Fransa, ALDE) və Edite Estrella (Portuqaliya, SOC) müxalifətin və etiraz aksiyalarının iştirakçılarının saxlanmasından ciddi narahatlıq keçirirlər. Onlar, həmçinin, polisin müxalifət ofislərinə basqın etməsini də narahatlıqla qarşılayıblar.

“Həbslər zamanı polis zorakılığı və həddindən artıq güc tətbiqi ilə birlikdə bu, siyasi motivli təqiblər və hüquqi dövlətə əsaslanan demokratik cəmiyyətdə yeri olmayan ədalətin mümkünlüyü barədə suallar doğurur. Görünür ki, polis zorakılığı və etirazçılara və jurnalistlərə qarşı həddindən artıq güc tətbiqinə görə cəzasızlıq hissi var ki, bu da qəbuledilməzdir”, – onlar bildiriblər.

Paylaş
Burada sizin reklamınız ola bilər