Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

TƏCİLİ: Birləşmiş Ştatlar rəsmi Tbilisi ilə strateji tərəfdaşlığı dayandırdı

1 dekabr / 20:02 3 dəq
Abş gurcustan
1 dekabr / 20:02
Burada sizin reklamınız ola bilər
“ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırır”.

Qerbxeber.com  Aktual.ge-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

‘Gürcü Arzusu’ partiyasının Avropa İttifaqına üzvlük prosesini dayandırmaq qərarı Konstitusiyada əks olunan, gürcü xalqına Aİ və NATO-ya tam inteqrasiyaya çalışmaq vədini pozur.

Gürcüstanın Avropa İttifaqına üzvlük prosesini dayandırmaqla ‘Gürcü Arzusu’ Avropa ilə daha yaxın əlaqələr qurmaq imkanından imtina edib və Gürcüstanı Kreml üçün daha həssas vəziyyətə salıb. Gürcü xalqının böyük əksəriyyəti Avropaya inteqrasiyanı dəstəkləyir.

Birləşmiş Ştatlar gürcülərin dinc etiraz azadlığı da daxil olmaqla toplaşmaq və fikir ifadə etmək hüququndan istifadə edərkən polis tərəfindən həddindən artıq güc tətbiq edilməsini pisləyir. Bütün tərəfləri etirazların dinc qalmasını təmin etməyə çağırırıq.

‘Gürcü Arzusu’nun müxtəlif anti-demokratik hərəkətləri demokratiya, qanunun aliliyi, vətəndaş cəmiyyəti, insan hüquqları, fundamental azadlıqlar və korrupsiya ilə mübarizə üzrə birgə öhdəliklərə əsaslanan ABŞ-Gürcüstan strateji tərəfdaşlığının əsaslarını pozub. Nəticədə, ABŞ bu mexanizmi dayandırıb.

Biz Gürcüstan hökumətini avro-atlantik yoluna qayıtmağa, parlament seçkilərindəki bütün pozuntuları şəffaf şəkildə araşdırmağa və toplaşmaq və fikir ifadə etmək azadlıqlarını məhdudlaşdıran anti-demokratik qanunları ləğv etməyə çağırışımızı təkrar edirik” , – deyə bəyanatda qeyd olunub.


Xatırladaq ki,Gürcüstanın Baş naziri İrakli Kobaxidze 28 noyabrda parlament çoxluğu və hökumət komandası ilə görüşdən sonra Avropa İttifaqı ilə danışıqlarla bağlı açıqlama verib. Hakim partiyanın qərarına əsasən, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamayacaq və bu müddətdə hər hansı büdcə qrantını qəbul etməyəcək.

Baş nazirin bu bəyanatından sonra Tbilisidə gərginlik artıb. Minlərlə insan Parlamentin önünə toplaşaraq etiraz aksiyası keçirib. 29 noyabr gecəsi aksiya daha da şiddətlənib, etirazçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma yaranıb. Hadisə nəticəsində onlarla etirazçı saxlanılıb, 43 polis əməkdaşı yaralanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı