Dünya

Batumidə xalq küçələrə çıxmağa başladı

29 noyabr / 21:05 2 dəq
Batumi aksiya
29 noyabr / 21:05
Burada sizin reklamınız ola bilər
 Hazırda Tbilisidəki aksiyaya paralel olaraq Batumidə də aksiya başlayıb.

Qerbxeber.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Batumidə aksiya ilk olaraq yürüşlə başlayıb.

Nümayişçilər Avropa meydanından başlayıb Barataşvili küçəsinə doğru irəliləyiblər. Onlar etiraz əlaməti olaraq Batuminin girişini, daha doğrusu kanat yolu yaxınlığındakı küçəni bağlamağı planlaşdırırlar.

Aksiyada siyasi partiyaların nümayəndələri, ali təhsil müəssisələrinin tələbələri iştirak edirlər.

“Burada İncəsənət Universitetinin, Batumi Dövlət Universitetinin, Hərbi Dəniz Akademiyasının tələbələri var… Bizim hamımızın bir əsas tələbimiz var, gürcüləri Avropa gələcəyindən məhrum edən Rusiya hökumətini artıq istəmirik”, – deyə aksiyaçılar söyləyir.

Aksiyaçılar “Gürcü Arzusu”nun 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər dayandırması qərarına etiraz edirlər.

Qeyd edək ki, hazırda Tbilisidə Parlamentin önündə də etiraz aksiyası davam edir.

Paylaş
Burada sizin reklamınız ola bilər