Bölgə xəbərləri

Tovuzun dağ kəndlərinə qar yağdı: Amma sakinləri buna sevinə bilmədi….

27 noyabr / 15:17 1 dəq
Tovuz qar
27 noyabr / 15:17
Burada sizin reklamınız ola bilər

Noyabrın 26-dan 27-ə keçən gecə  Tovuz rayonunun dağ kəndlərinə ilk qar yağıb.

Rayonun Muncuqlu, Qoşa, Şıxheybət, Hacılar, Pələnkli kəndləri bəyaz örtüyə bürünüb. Təxminən 6 sm qalınlığında olan qar, yağan kimi də sosial problemləri özü ilə gətirib. Belə ki, qar yağmağa başlayandan az müddət sonra bütün ərazidə elektrik enerjisinin verilməsi dayanıb.

Qerbxeber.com xəbər verir ki, bu gün günorta saatlarına qədər əraziyə enerjinin verilməsi bərpa edilməyib.Xatırladırıq ki, dağ kəndlərinin əksəriyyətinin elektrik xəttləri  və dirəkləri istismar müddətini başa vurmuş, köhnəlmiş durumdadır.

Paylaş
Burada sizin reklamınız ola bilər