İdman

Dünyanın ən bahalı döyüşünün qalibi bəlli oldu

16 noyabr / 17:06 1 dəq
MM TALKSPORT OFF PLATFORM JAKE PAUL MIKE TYSON
16 noyabr / 17:06
Burada sizin reklamınız ola bilər

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson tanınmış bloqer Ceyk Pola məğlub olub. Qərbxəbər.com xəbər verir ki, C.Pol Texas ştatının Arlinqton şəhərindəki AT&T arenada təşkil olunan peşəkar boks gecəsində hakimlərin yekdil qərarı ilə qalib elan olunub – 79:73. Qarşılaşma 8 raunddan ibarət olub. Qeyd edək ki, 58 yaşlı Tayson peşəkar karyerası ərzində buna qədər keçirdiyi 56 döyüşün 50-də qələbə qazanıb, 6-da isə məğlub olub. O, peşəkar karyerasını 2005-ci ildə başa vurmuşdu. Ceyk Pol isə əvvəlki 11 döyüşün 10-da qələbə qazanıb, 1-də məğlub olmuşdu. Qeyd edək ki, Mayk Tayson və Ceyk Polun hər biri döyüşdən təxminən 20 milyon dollar qazanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı