Dünya

“Clarivate”: UNEC dünyada liderdir

26 oktyabr / 12:51 1 dəq
UNEC
26 oktyabr / 12:51
Burada sizin reklamınız ola bilər

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Web of Science”də çap olunan məqalələrinin sayı 2015-ci illə müqayisədə bu il 226 dəfə, həmin məqalələrə edilən istinadların sayı isə 360 dəfə artıb. Bununla yanaşı, ən yüksək keyfiyyətli Q1-də çap olunmuş məqalələrin sayında isə son yeddi ildə 63 dəfə artım qeydə alınıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə AzərTac universitetə istinadən məlumat yayıb.

“Clarivate” şirkətinin nümayəndəsi Valentin Boqorov UNEC-in bu uğurunu xüsusi vurğulayaraq, dünyada belə bir uğura imza atmış ikinci bir universitetin olmadığını və UNEC-in lider olduğunu bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər