Ağstafanın bu məhəlləsi susuz qalıb
“İçməli suyu kənardan gətirsək də, məişətdə istifadə etməyə su tapılmır”.
Bunu “Bölgənin Səsi” saytına müraciətində Ağstafa rayonu Dağ Kəsəmən kəndi Faxralı məhəlləsində yaşayan sakinlər bildiriblər.
Sakinlər onu da qeyd ediblər ki, onların ən əsas problemləri isə susuzluqdur: “Kənd ərazisindən keçən kanalda axandan-axana motorlardan istifadə edərək su götürə bilirik. Dəfələrlə aidiyyatı qurumlar qarşısında məsələ qaldırsaq da problem müsbət həllini tapmayıb. Defelerle mesele qaldirsaq da,problem musbet hellini tapmayib. Yeni icra başçısının gəlişini gözləyirik. O gəlsin, dərdimizi bir də ona deyəcəyik…”, – deyə əlavə ediblər.




