Keçmiş baş nazir İsrailin İrandakı hədəflərini göstərdi
“İsrail gərək İranın nüvə obyektlərini, hökumət liderlərini və əsas iqtisadi maraqlarını hədəf alsın”.
Qerbxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennet deyib.
O bunun sayəsində İrandakı teokratik rejimi devirməyin mümkün olacağını bildirib. Bennet həmçinin ABŞ Prezidenti Cozef Baydenin İranın nüvə obyektlərinin vurulmasına qarşı olması ilə bağlı fikrini tənqid edib:
“İslam Respublikası İsraili 30 ildən çoxdur təqib edir və peykləri ilə mühasirəyə alır. İranın “osminoqları” İsrailin günahsız insanlarını öldürüb, yandırdılar, girov götürdülər və zorladılar… İsrail də günahsız iranlıları öldürməlidir? Biz bunu etmirik. İsrail İran şəhərlərinə 10000 raket atmalıdırmı? Biz bunu da etmirik. İsrail İranın fəaliyyətinə onun etdiyindən daha aşağı cavab verməlidir. İsrail ilk növbədə İranın nüvə obyektlərinə, islam respublikasının liderlərinə hücum etməli, onun əsas iqtisadi maraqlarına hədəflənərək İranı iflic etməlidir. Bütün bu fəaliyyətlər islam respublikasının İsraillə etdiyinə qismən cavabdır”.
O, İsrailin əsas hədəfinin İrandakı rejimin devrilməsi olduğunu söyləyib. Bennet bu həftə İrana veriləcək cavabın bu prosesi başlatmalı olduğunu deyib:
“Əgər İsrail İranın nüvə proqramını indi məhv etməsə, bilmirik ki, bunu nə vaxt edə biləcək. Molla rejimi artıq 10 atom bombasının hazırlanmasına yetəcək zənginləşdirilmiş uran əldə edib. İRan indi atom bombası üçün detonator əldə etməyə cəhd edir və dünya bunu izləyə bilməz. Bu o deməkdir ki, bir gün oyanıb atom bombalarından birinin İran səhrasında sınaqdan keçirildiyini görəcəyik”.





