Kateqoriyasız

Hərbi Hava Qüvvələrinin helikopterləri ilə döyüş atışlı təlim keçirilib- VİDEO

27 avqust / 10:16 1 dəq
66cd6e0c55da966cd6e0c55daa172473908466cd6e0c55da766cd6e0c55da8
27 avqust / 10:16
Burada sizin reklamınız ola bilər

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib.

Qerbxeber.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, uçuşdan əvvəl tapşırıqlar xəritə üzərində dəqiqləşdirilib, hədəf hesabatı aparılıb və şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.
Plana uyğun olaraq, helikopter bölmələri qrup şəklində bazalanma aerodromundan uçuşlar edərək poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər