Dünya

Gürcüstanda COVID-19-a yoluxma halları artıb

21 avqust / 10:00 1 dəq
Indir (8)
21 avqust / 10:00
Burada sizin reklamınız ola bilər

Gürcüstanda koronavirus infeksiyasına (COVID-19) yoluxma halları artıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə ölkənin İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze məlumat verib.

O bildirib ki, yoluxma hallarının artması əsasən son üç həftə ərzində müşahidə olunur: “Laborator analizlərin nəticəsi onu deməyə əsas verir ki, Gürcüstanda yay mövsümü üçün xarakterik olmayan ən çox koronavirus hadisəsi qeydə alınıb. Eyni zamanda qeyri-adi haldır ki, ölkədə sonuncu qrip hadisəsi iyulun əvvəlində olub”.

Qrup rəhbəri əlavə edib ki, hazırda ölkədə yayılan bütün viruslar əsasən yüngül formalıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı