Gədəbəy

Gədəbəydə minik avtomobili aşıb, xəsarət alanlar var

8 avqust / 10:10 1 dəq
66b3dde7a636266b3dde7a6363172306378366b3dde7a636066b3dde7a6361
8 avqust / 10:10
Burada sizin reklamınız ola bilər

Gədəbəydə 4 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

Qerbxeber.com məlumatına görə hadisə rayonun Qaradağ kəndində qeydə alınıb. 19 yaşlı Eldəniz Məmmədov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə zamanı sürücü və onun sərnişinləri; 16 yaşlı Elmir Qurbanov, 18 yaşlı Eşqin Məmmədov və 19 yaşlı Rəşad Alıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər