Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

DİN əməliyyat keçirib, 70 kiloqram narkotik dövriyyədən çıxarılıb

26 iyul / 13:15 2 dəq
Images 2024 07 26T131453.223
26 iyul / 13:15
Burada sizin reklamınız ola bilər

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatı zamanı 70 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN-dən Qerbxeber.com verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri son əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü – əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.

Onlardan ümumilikdə 70 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamfetamin, 3565 ədəd metadon, eləcə də preqabalin həbi, narkotiklərin onlayn satışında bilavasitə istifadə edilən bank kartları və tərəzilər aşkarlanıb.

Mütəşəkkil dəstənin üzvləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini, qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını və əldə olunan gəlirlə əsasən gəncləri narkokuryerliyə cəlb etməyi planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı