Dünya

Co Bayden Benyamin Netanyahu ilə görüşüb

26 iyul / 08:40 2 dəq
66a2a3b7e150166a2a3b7e1502172193477566a2a3b7e14ff66a2a3b7e1500
26 iyul / 08:40
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Co Bayden Ağ Evdə ölkədə səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib.

Qerbxeber.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Netanyahu Baydenlə görüşə minnətdarlıqla başlayıb. O 50 il ərzində İsraili dəstəklədiyi üçün Baydenə öz təşəkkürünü bildirib.

Netanyahu və Bayden Ağ Evdə danışıqlara başlamazdan əvvəl mətbuata çox qısa açıqlama veriblər. “The Times of Israel” nəşrinin yazdığına görə siyasətçilər bir-biri ilə xoş fikir mübadiləsi apararaq jurnalistlərin çoxsaylı suallarını cavabsız qoyublar.

“Cənab prezident, biz bir-birimizi 40 ildir tanıyırıq. Siz son 50 ildə İsrailin hər bir baş nazirini tanıyırsınız. İsrailə 50 illik dəstəyə görə sizə təşəkkür etmək istəyirəm”, – deyə Netanyahu tədbirin əvvəlində bildirib.

Qeyd edək ki, Vaşinqtonda etirazçılar Netanyahunun heykəlini və ABŞ bayraqlarını yandıraraq Netanyahunun ölkəyə səfərinə və Fələstin məsələsinə etiraz ediblər.

Netanyahunun səfər çərçivəsində həmçinin vitse-prezident Kamala Harris və sabiq prezident Donald Trampla da görüşəcəyi gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər