Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

İrandan Azərbaycan istiqamətində dövlət sərhədi pozulub, DSX-nin iki əməkdaşı xəsarət alıb

24 iyul / 23:24 2 dəq
75ad8cb5 e63d 3c4b ace6 507d65d836d7
24 iyul / 23:24
Burada sizin reklamınız ola bilər

İyulun 24-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycana istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Qərbxəbər.com bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı silahlı müqavimət göstərərək havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edib geri qaçıblar.

Silahlı insident nəticəsində sərhəd naryadının 2 üzvü yüngül xəsarət alıb, onlara zəruri tibbi yardım göstərilib.

“Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunması nəticəsində sərhəd pozucularından birinin güllə yarası aldığı müəyyən edilib. Əraziyə baxış zamanı ümumi çəkisi 10 kiloqram 882 qram narkotik vasitə, sərhəd pozucularına məxsus gecəgörmə cihazı, 12 mm çaplı tüfəng, giliz və patronlar aşkar olunub”.

Məlumatda vurğulanıb ki, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib. Hazırda prokurorluq orqanlarının əməkdaşları ilə birgə əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı