Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Azərbaycanda 17 radio stansiya üzrə 127 ədəd yeni radiotezlik nominalı ayrılıb

22 iyul / 12:04 3 dəq
Radio foto
22 iyul / 12:04
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Sərəncamının icra vəziyyəti ilə bağlı brifinq keçirilib.

Qerbxeber.com xəbər verir ki, sərəncamın məqsədi radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılmaqla ümumölkə radio kanallarının proqramlarının bütün ölkə ərazisində yayımının təmin olunması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi, eləcə də yeni texnologiyaların tətbiqi ilə müəyyən ərazilərdə eyni radiotezlikdə radiosiqnalların qəbul imkanının yaradılması və nəticə etibarilə əhalinin yerli radio proqramlara əlçatanlığının daha yüksək səviyyəyə çatdırılmasıdır.

Brifinqdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov, RİNN-in tabeliyində olan “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) və Dövlət Radiotezliklər İdarəsinin, həmçinin media subyektlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Sərəncamın icrası ilə bağlı çıxışlar zamanı bildirilib ki, sözügedən Sərəncam ümumilikdə medianın inkişafı üçün böyük töhfədir və FM radio yayımçılarına dövlət tərəfindən göstərilən ciddi dəstəyin nümunəsidir. Bu baxımdan brifinqin Milli Mətbuat Günündə keçirilməsinin təsadüfi olmadığı vurğulanıb.

Qeyd edilib ki, radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi məqsədilə nəzərdə tutulan 176 ədəd FM radioyayım ötürücüsü, 60 dəst anten sistemi, 48 ədəd cəmləmə qurğusu, 67 ədəd peyk avadanlığı, 44 ədəd RDS (Radio Data Sistemi) qurğusu ölkə xaricindən tədarük edilib.

Eləcə də 17 stansiya üzrə 127 ədəd yeni radiotezlik nominalı ayrılıb. Ayrılmış radiotezlik nominallarının qonşu ölkələrlə koordinasiyası işləri davam etdirilir.

Artıq nəzərdə tutulan stansiyaların böyük əksəriyyətində yayım avadanlıqları quraşdırılıb və sınaq yayımlarına başlanılıb. Hazırda texniki-tənzimləmə, həmçinin stansiyalarda təmir işləri davam etdirilir.

Eləcə də fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması və nəzərdə tutulan digər məsələlərin həlli istiqamətində intensiv işlər aparılır.

Sərəncamın icrası nəticəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində qəbul edilən ümumölkə radio proqramlarının bölgələrdə də qəbulu mümkün olacaq. Bununla da regionlarda qəbul olunan yerli radio proqramlarının sayı qonşu ölkələrdən daxil olan kənar FM radio yayımlarının sayına nisbətdə artacaq.

Brifinqdə mövzuya uyğun olaraq videosüjet və təqdimat nümayiş etdirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı