Ağstafada 60 yaşlı kişini “tok” vurub
Ağstafada bədbəxt hadisə baş verib.
Qerbxeber.com məlumatına görə, hadisə rayonun Xətai kəndində baş verib.
Kənd sakini 1964-cü il təvəllüdlü Hidayət Tanrıverdiyevi yaşadığı evdə elektrik naqilərini düzəldən zaman “tok” vurub.
60 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı