Dünya

Ermənistan MN-də ABŞ ordusunun təmsilçisi fəaliyyət göstərəcək

18 iyul / 11:04 1 dəq
6698ba1ba77966698ba1ba779717212851476698ba1ba77946698ba1ba7795
18 iyul / 11:04
Burada sizin reklamınız ola bilər

Ermənistanın Müdafiə Nazirliyində ABŞ ordusunun təmsilçisi fəaliyyət göstərəcək.

Qerbxeber.com məlumatına görə, bu barədə “Hetk” jurnalist araşdırmaları portalı xəbər yayıb.

ABŞ dövlət katibinin müavini Uzra Zeya bu addımı ABŞ-Ermənistan münasibətlərində strateji mərhələ kimi dəyərləndirib.

Qeyd edək ki, bir qədər əvvəl ekspertlər Ermənistan, Moldova, Ukrayna və Balkan ölkələrinin Silahlı Qüvvələrinin Rusiya modelindən çıxarılaraq, Amerika standartlarına uyğunlaşdırılması istiqamətində bu ölkələrlə ABŞ arasında məsləhətləşmələr aparıldığı barədə açıqlama veriblər.

Paylaş
Burada sizin reklamınız ola bilər