Sosial

Tovuzun bir sıra kəndlərinə elektrik enerjisinin verilişi dayandırılacaq

18 iyul / 10:49 1 dəq
75d34dfe 8eb7 3b2b 874e b6bd2c541072
18 iyul / 10:49
Burada sizin reklamınız ola bilər

“Azərişıq” ASC-yə məxsus Tovuz Elektrik Şəbəkəsinin ərazisində yerləşən və yeni inşa olunan 110/35/6 kV-luq “Tovuz” yarımstansiyasındakı son tamamlanma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

Qerbxeber.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar bu gün saat 11:00-dan saat 16:00-a qədər rayonun Ağdam, Vahidli, Dondar Quşçu, Qazıqulu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin kəndlərin elektrik enerjisi ilə təmin edən 35 kV-luq “Ağdam” hava xətti yeni yarımstansiyaya qoşulduqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı