Hadisə

Şəmkirdə məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın olub

16 iyul / 08:48 1 dəq
Indir 2024 07 16T084746.373
16 iyul / 08:48
Burada sizin reklamınız ola bilər

Şəmkirdə yanğın hadisəsi baş verib.

Qerbxeber.com məlumatına görə, hadisə rayon ərazisində yerləşən peşə məktəbinin yataqxanası, hazırda Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı 2 mərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb. Belə ki, sözügedən yataqxanada olan otaqların birində anidən yanğın olub. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yataqxananın qalan hissəsi yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər