Dünya

NATO Ukrayna hava məkanında Rusiya təyyarələrini vurmayacaq

15 iyul / 09:03 1 dəq
Nato stoltenberg rzSR cover
15 iyul / 09:03
Burada sizin reklamınız ola bilər

NATO qoşunları birbaşa Ukrayna münaqişəsində, o cümlədən bu ölkənin hava məkanında Rusiya təyyarələrinin və raketlərinin vurulmasında iştirak etməyəcək.

Qerbxeber.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın “TSN” telekanalında deyib.

“NATO-nun siyasəti dəyişməz olaraq qalır – biz bu münaqişədə iştirak etməyəcəyik. Biz Rusiya təyyarələrinin məhv edilməsində Ukraynanı dəstəkləyəcəyik, lakin NATO bunda birbaşa iştirak etməyəcək”, – Stoltenberq bildirib.

NATO-nun baş katibi onu da vurğulayıb ki, alyans Kiyevə hərbi yardım göstərməyə, o cümlədən ölkənin hava hücumundan müdafiəsini gücləndirməyə davam edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər