Dünya

Macarıstan Aİ-yə sədrlikdən vaxtından əvvəl uzaqlaşdırıla bilər – İDDİA

10 iyul / 10:55 2 dəq
668e2bba36e97668e2bba36e981720593338668e2bba36e95668e2bba36e96
10 iyul / 10:55
Burada sizin reklamınız ola bilər

“Macarıstan Rusiya-Ukrayna münaqişəsindəki mövqeyinə görə, Avropa İttifaqı Şurasına sədrlikdən vaxtından əvvəl uzaqlaşdırıla bilər”.

Qerbxeber.com xəbərinə görə, bu fikirlər “Politico” nəşrinin analitik məqaləsində dərc olunub:

“Aİ Şurasına sədr dövlətin vaxtından əvvəl rotasiya qaydasında dəyişdirilməsi üçün mütləq çoxluğun dəstəyinə ehtiyac var. Bu zaman adı çəkilən dövlətin Brüsselin çağırışlarına məhəl qoymaması nəzərə alınmalıdır” – məqalədə belə deyilir.

Yazıda həmçinin bildirilir ki, hazırda qurum daxilində bu məsələ məxfi formada müzakirə olunur.

Müəllif adı çəkilən ölkənin Baş naziri Viktor Orbanın əvvəlcə Kiyevdə Vladimir Zelenski, daha sonra isə Moskvaya səfər edərək Vladimir Putinlə görüşlərinə də toxunub. Onun mülahizələrinə əsasən, bu səfərlər ittifaq rəhbərliyi tərəfindən kəskin tənqid olunub.

Analitik materialda o cümlədən, Budapeştin Ukraynaya silah-sursat alınması üçün nəzərdə tutulan vəsaitin ayrılması məsələsini yubatmasına diqqət çəkilib.

İrəli sürülən mülahizələrə əsasən, Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyi mövcud münaqişələrin həllinə dəstək olmaq əvəzinə gərginliyi daha da artırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı