Dünya

Zelenski: Ukrayna NATO-dan HHM sistemləri və F-16 almağa çalışacaq

10 iyul / 08:48 1 dəq
Zelenskiii
10 iyul / 08:48
Burada sizin reklamınız ola bilər

Şimali Atlantika Alyansının Vaşinqtonda keçiriləcək sammitində Ukrayna yeni hava hücumundan müdafiə sistemlərinin və F-16 qırıcılarının əldə edilməsində israrlı olacaq.

Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, hərbi texnika ilə yanaşı, Ukrayna hakimiyyəti müttəfiqlərindən əlavə maliyyə yardımı almağa ümid edir, həmçinin ABŞ və Avropa İttifaqından qətiyyətli addımlar gözləyir.

Paylaş
Burada sizin reklamınız ola bilər