Dünya

Blinken: Azərbaycan və Ermənistan arasında sülh əlçatandır

2 iyul / 08:57 2 dəq
President Biden Reconvenes Major Economies Forum On Energy And Climate WASHINGTON, DC - SEPTEMBER 17: U.S. Secretary of State Antony Blinken listens as U.S. President Joe Biden speaks during a conference call on climate change with the Major Economies Forum on Energy and Climate, in the South Court Auditorium in the Eisenhower Executive Office Building on September 17, 2021 in Washington, DC. (Photo by Al Drago/Getty Images)
2 iyul / 08:57
Burada sizin reklamınız ola bilər

Azərbaycan və Ermənistan arasında sülh həqiqətən də əlçatandır.

Qerbxeber.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Brukinqs İnstututunda çıxışı zamanı deyib.

O, iki ölkə arasında sülhün bütün regionun maraqlarına cavab verdiyini əlavə edib.
“Təxminən bir həftə əvvəl mən Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ barədə danışırdım. Düşünürəm ki, buna nail olmaq mümkündür və bu aşkar şəkildə həm Azərbaycanın, həm də Ermənistanın, eləcə də bütün regionun marağına cavab verir”, – Blinken bildirib.

Dövlət katibi vuğrulayıb ki, iki ölkə arasında onillərdir davam edən münaqişəyə son qoyulması, regionun iqtisadi əlaqələri və böyüməsi naminə sülh sazişinin reallaşdırılması üçün “qeyri-adi fürsət, potensial” var.

“Azərbaycanın burada oynaya biləcəyi vacib rolu var. Biz öz diplomatiyamızla Azərbaycan və Ermənistanın sülh sazişinə nail olması üçün intensiv iş aparmışıq. Biz bunu Aİ ilə çox yaxın əməkdaşlıq və koordinasiya ilə etmişik və mən düşünürəm ki, bu (sülh sazişi – red.) həqiqətən də əlçatan bir şeydir”, – Blinken deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər