Dünya

G7: Rusiya Ukraynaya 486 milyard dollar təzminat ödəməlidir

15 iyun / 09:11 1 dəq
666c72276d8f7666c72276d8f81718383143666c72276d8f5666c72276d8f6
15 iyun / 09:11
Burada sizin reklamınız ola bilər

“Böyük Yeddilik” (G7) ölkələri Ukraynaya vurulan ziyana görə Rusiyadan 486 milyard dollar ödəməyi tələb edir.

Qerbxeber.com xəbər verir ki, bu barədə G7-nin İtaliyada keçirilən sammitinin yekun bəyanatında məlumat yer alıb.

“Biz bir daha Ukrayna xalqının cəsarətini və möhkəmliyini alqışlayırıq və Ukraynaya lazım olan müddət ərzində sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Biz Ukraynaya onun təcili qısamüddətli maliyyə ehtiyaclarını ödəməkdə kömək etməyə sadiq qalırıq. Dünya Bankının məlumatına görə, Ukraynaya dəyən ziyan 486 milyard ABŞ dollarını ötüb. Biz təsdiq edirik ki, müvafiq hüquq sistemlərimizə uyğun olaraq, Rusiyanın bizim yurisdiksiyalarımızdakı aktivləri Rusiya Ukraynaya vurduğu zərəri ödəyənə qədər hərəkətsiz qalacaq”, – bəyanatda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər