Xəbər

Azərbaycan Ordusunun Naxçıvandakı mövqeləri atəşə tutulub

15 iyun / 09:08 1 dəq
Mn
15 iyun / 09:08
Burada sizin reklamınız ola bilər

İyunun 14-ü saat 13:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, məlumatda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər