Dünya

ABŞ Dövlət Departamenti İsrailə xəbərdarlıq edib

6 iyun / 08:49 1 dəq
6660f6278bdc16660f6278bdc217176305036660f6278bdbd6660f6278bdbf
6 iyun / 08:49
Burada sizin reklamınız ola bilər

ABŞ Dövlət Departamenti İsrailin Livana qarşı mümkün əməliyyatına qarşı olduqlarını bildirib.

Qerbxeber.com xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller prosesi yaxından izlədiklərini və bundan çox narahat olduqlarını bildirib.

Gündəlik mətbuat konfransında danışan Dövlət Departamentinin rəsmisi İsrailin şimal sərhədində “Hizbullah”la artan gərginliyinə də münasibət bildirərək hər kəsin hazırda Qəzzada atəşkəsə nail olmaq üçün çox çalışdığı bir vaxtda İsrailin şimal sərhədində “Hizbullah”la yeni münaqişəyə girməsinin İsrailə və bölgədəki digər aktorlara fayda verməyəcəyini bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər