Dünya

Avropa komissarı Gürcüstanın Baş naziri ilə söhbətində Fitso ilə bağlı insidentin xatırlatmasına aydınlıq gətirib

24 may / 09:31 2 dəq
664fd04756380664fd047563811716506695664fd0475637e664fd0475637f
24 may / 09:31
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyi etiraf edib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığında Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdindən bəhs edib, lakin onun sözləri təhdid deyil, kontekstdən çıxarılıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin mayın 23-də yaydığı bəyanatda deyilir.

“Gürcüstanın Baş nazirinin 23 may 2024-cü il tarixli bəyanatı ilə əlaqədar telefon danışığımın müəyyən hissəsinin kontekstdən çıxarıldığına görə təəssüfümü bildirmək istərdim”, – bəyanatının mətnində deyilir.

Qeyd olunub ki, Kobaxidzeyə “xarici təsir” haqqında qanunun qəbul olunması ilə Tbilisidəki aksiyaların nəzarətdən çıxa biləcəyi deyilib.

“Baş nazirin diqqətini Tbilisi küçələrində daha da qütbləşməyə səbəb ola biləcək bir qanun qəbul edərək onsuz da çox kövrək bir vəziyyəti gərginləşdirməməyin zəruriliyinə cəlb etmək ehtiyacını hiss etdim. Bu çərçivədə Slovakiyada baş verən faciəli hadisədən bəhs etdim.”, -deyə qeyd olunub.

Xatırladaq ki, Kobaxidze Avropa komissarlarından birinin ona hədə-qorxu gəldiyini bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər