İqtisadiyyat

Subsidiyalar elektronlaşır

20 dekabr / 12:16 2 dəq
W8R7d3dJrZy9awBUHZF4okajTOLBj27LZ7AokXXw
20 dekabr / 12:16
Burada sizin reklamınız ola bilər

2020-ci ildən Azərbaycanda aqrar subsidiyaların verilməsi yalnız elektron sistemlə həyata keçiriləcək.

Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışı zamanı qeyd edib.

Nazirin sözlərinə görə, 2019-cu ildə 430 min fermer elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçib. 270 min fermer isə payızlıq əkin üzrə bəyanatlarını bəyan ediblər.

İ.Kərimov bildirib ki, ÜDM-də kənd təsərrüfatının həcmi artmaqla yanaşı, 2019-cu ildə kənd təsərrüfatı məhsullarının ixracında ötən illə müqayisədə əsaslı artım qeydə alınıb.

Qeyd edək ki, bu gün Bakıda “Xarici ticarət iştirakçılarının II Respublika Forumu” keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.

Paylaş
Burada sizin reklamınız ola bilər