Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Avropalı deputatlar Tbilisidə keçirilən aksiyada iştirak ediblər

15 may / 08:41 2 dəq
B7d977551912ab24b5fa52ddfd3d1bde
15 may / 08:41
Burada sizin reklamınız ola bilər

Tbilisidə səfərdə olan Finlandiya, Almaniya, Litva və Çexiya parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri parlament binası qarşısında keçirilən aksiyada iştirak ediblər.

Qerbxeber.com xəbər verir ki, Rustaveli prospektinə gələn komitə sədrləri “Xarici təsirin şəffaflığı haqqında” qanununa etiraz edən aksiya iştirakçılarına dəstəklərini ifadə ediblər.

Bundestaqın xarici əlaqələr komitəsinin sədri Mixael Rot mitinqdə çıxışı zamanı hakim “Gürcü Arzusu” partiyasını “gürcü kabusu” adlandırıb:

“Tbilisi bu gün Avropanın həqiqi paytaxtıdır və biz sizinlə fəxr edirik. Sizin mübarizəniz bizim mübarizəmizdir və siz bizdən sadəcə sözlər deyil, daha çox şey gözləməlisiniz…

Bu gün bizdən bir jurnalist “gürcü kabusu”nun seçicilərinə nə demək istədiyimizi soruşdu. Bizim cavabımız sadə idi – gənc nəsli dinləyin, uşaqlarınızı, bacı və qardaşlarınızı dinləyin”, – deyə almaniyalı komitə sədri bildirib.

Komitə sədrləri qeyd ediblər ki, Gürcüstan parlamentini ziyarət etmək istəsələr də qapılar bağlı olub:

“Sizin nümayəndələriniz bizi qəbul etmədilər və bizi dinləmədilər, lakin biz sizin səsinizi eşidirik və onlar bizə parlamentə daxil olmağa icazə vermirlərsə, bura gələrik. Sizin azadlıq uğrunda mübarizəniz bizim mübarizəmizdir”, – deyə parlamentarilər bildiriblər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı