Dünya

İrəvanda etiraz aksiyasının yüzdən çox iştirakçısı həbs edilib (VİDEO)

13 may / 15:40 1 dəq
D249074ac429bce065fdefcd033745d2
13 may / 15:40
Burada sizin reklamınız ola bilər

Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasının 100-dən çox iştirakçısı həbs edilib.

Qerbxeber.com  xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda 113 nəfər polis bölməsində saxlanılır.

Xatırladaq ki, mayın 9-dan etibarən Ermənistanın İrəvandakı hökumət binası, Respublika meydanı yaxınlığında Nikol Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası və müəyyən sərhəd ərazilərinin Azərbaycana verilməsinin dayandırılması tələbi ilə etiraz aksiyaları keçirilir. Etiraz hərəkatına Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir.

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər