Mobil operatorlar bu il nə qədər qazanıb?
2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 964,2 milyon manatlıq xidmət göstərib.
Göstərilən xidmətin 72,8 faizi əhali tərəfindən istehlak olunub.
2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 815,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı